28 Fevral 2017 17:59
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun ev dustaqlığına buraxılması haqda vəsatətinin təmin edilməməsi barədə məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, sabiq nazirin vəkilləri Toğrul Babayev və Ağaveyis Şahverdinin verdiyi apelyasiya şikayətləri təmin edilməyib.

Əli İnsanovun vəkilləri Toğrul Babayev və Ağaveyis Şahverdi müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılması barədə Qaradağ rayon Məhkəməsinə vəsatətlə müraciət etmiş, məhkəmə onların vəsatətini təmin etməmişdi.

Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il azadlıqdan məhrum edilib. Həbs müddətinin başa çatmasına iki ay qalmış – 2016-cı ilin avqustunda onun barəsində yenidən cinayət işi başlanıb.

Bu dəfə keçmiş nazir cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməkdə, otağında psixotrop tərkibli dərman saxlamaqda təqsirləndirilir. Əli İnsanov ittihamı qəbul etmir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər