11 İyul 2014 15:35
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində ittiham olunan 44 yaşlı Namiq Abdullayevin məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Namiq Abdullayev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Namiq Abdullayev Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Ondan külli miqdarda narkotik vasitə aşkar olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər