4 Aprel 2017 18:12
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda quldurluq və soyğunçuluqla məşğul olan dəstə zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, Qaradağ rayon Polis İdarəsi 38-ci polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Nurlan Hacımayılzadə, Saleh Sadıqov, Sumqayıt şəhər sakini Taleh Mirzəyev və Abşeron rayon sakini Adəm Lətifov tutulublar.

Dəstə üzvləri martın 27-də Rahim Cəbrayılovun 1456 manat pulunu soyğunçuluq yolu ilə alıblar. Onlar ertəsi gün Tarıyel Məmmədovu bıçaqla hədələyib 400 manatını alıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) və 181-ci (quldurluq) maddələri ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər