Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, 1989-cu il təvəllüdlü Bakı şəhər sakini Ağa Məmmədov naməlum şəraitdə bıçaqlanıb və xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov