15 Aprel 2017 15:49
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri Elşən Mustafaoğlunun barəsində hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə qapalı keçirilən prosesdə qərar elan edilib.

Elşən Mustafaoğlunun apelyasiya şikayəti təmin edilməyib.

Elşən Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Elşən Mustafaoğlu apelyasiya şikayəti vermişdi. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyirdi.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər