Teleqraf.com xəbər verir ki, hadisə rayonun Velədi kəndində qeydə alınıb.
Kənd sakini, 1978-ci il təvəllüdlü Aqil Babayev naməlum şəraitdə bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Aqil Babayevin kimin tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil. Hazırda polis onu bıçaqlayanın müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri görür.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov