15 İyul 2014 14:44

Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Goranboy rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Goran qəsəbəsi ərazisində qeydə alınıb. Rayon sakini Samır Alıyev həmyerlisi Ruslan Nuriyevi bıçaqlayıb. Ruslan Nuriyev Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hər iki şəxs rayon ərazisində ticarətlə məşğul olub. Cinayəti törədən şəxs həbs edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...