Teleqraf.com xəbər verir ki, cəza çəkmə müəssisəsində cəza çəkən məhkum Vüsal Salmanova xalası oğlu İbrahim Manafov tərəfindən gətirilmiş sovqata baxış keçirilib.
Baxış zamanı bişmiş ətin içində gizlətdiyi sellofan bükülülərdə çəkisi 0.942 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Vüsal Salmanov Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, narkotik vasitələrin dövriyyəsində təqsirli bilinərək həbs edilən Sabir Qədirov istintaq təcridxanasına daxil olarkən üstünə və əşyalarına baxış keçirilib.
Baxış zamanı alt paltarında gizlətdiyi sellofan bükülüdə 10 ədəd tramadol dərman kapsulu aşkar edilərək götürülüb.
Sabir Qədirov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinir.
Faktlar üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti orqanlara göndərilib.