Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com-un xəbərinə görə, Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Elman Əliyevin mərkəzin əməkdaşları ilə cinayət əlaqəsinə girərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib. Onlar dövlət büdcəsindən vətəndaşlara ayrılmış ünvanlı sosial yardımın 115 min manat məbləğində vəsaitini israf etmə yolu ilə talama yolu ilə ələ keçiriblər.
Bəxtiyar Məmmədov, İradə İsmayılova, Sərdar Rüstəmov, Elşad Əhmədov və Şəhriyar Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı), mərkəzin digər əməkdaşları Teymur Quliyev və Natiq Vəlizadəyə isə həmin məcəllənin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə ittiham olunurlar.
Hakim Elbəyi Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı iyulun 22-nə təyin olunub.
Hacı Zeynalov