2 İyun 2017 15:48
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər orqanlarının əməkdaşları respublikanın bir neçə rayonunda əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, Lənkəran polisinin keçirdiyi əməliyyat nəticəsində rayon sakini Turqut Mikayılov həbs edilib.

Ondan 0,17 qram marixuana götürülüb. Aparılan tədbirlərlə narkotik vasitəni ona satan həmyerlisi Elxan Hüseynov da müəyyən edilərək tutulub. Ondan 4,24 qram, yaşadığı evə baxış zamanı isə əlavə olaraq 404,42 qram marixuana aşkar edilib.

Daha bir əməliyyatı Zaqatala polisi keçirib. Yuxarı Tala kənd sakini, əvvəllər məhkum olunmuş Adil Ömərov həbs edilib. Onun yaşadığı evə baxış zamanı 60 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilən 4 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Sabirabad rayon polis şöbəsinin əməkdaşları da oxşar əməliyyat keçirib. Ulacalı kəndinin meşə zolağında kənd sakini, əvvəllər məhkum olunmuş Zahid Əliyev tərəfindən kultivasiya yolu ilə yetişdirildiyi müəyyən olunan 10 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Zahid Əliyev şübhəli şəxs qismində tutulub.


Müəllif: Hacı Zeynalov