Teleqraf.com xəbər verir ki, Famil Quliyevin cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsi barəsində ərizəsinə Nizami rayon Məhkəməsində baxılıb.
Məhkəmənin çıxardığı qərara görə, Famil Quliyev saxlandığı ümumu tipli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə Müəssəsinə köçürülüb.
Qərar qəbul ediləndən sonra müalicə müəssisəsində müalicə olunan Famil Quliyev azadlığa buraxılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Etibar Məmmədov 7 il 6 ay, Famil Quliyev 7 il, Tərlan Hüseynov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmünə görə, təqsirləndirilən şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidirlər.
Hökmdən verilən apelyasiya şikayətində onlara bəraət verilməsi istənilib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Etibar Məmmədovun cəzası 7 il 6 aydan 7 ilə, Famil Quliyevin cəzası 7 ildən 6 ilə, Tərlan Hüseynovun cəzası isə 7 il 6 aydan 5 il 6 aya qədər azaldılıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib.
“Dostluq” parkında villa tikən iş adamı Tərlan Hüseynov həbs edilib. Daha sonra 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Famil Quliyev və Səbail rayonu Bibiheybət Bələdiyyəsinin baş memarı Etibar Məmmədov tutulub.