31 İyul 2017 15:59
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda oğru qrupun daha bir üzvü yaxalanıb.

Teleqraf.com xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 28-də rayon ərazisindəki mağazalardan birindən içərisində 18000 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən Muxtar Babazadə tutulub.

Qeyd edək ki, iyulun 29-da Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqla bağlı şübhəli şəxs kimi Bakı şəhər sakini Nizam Cavadzadə tutulmuşdu.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər