Teleqraf.com xəbər verir ki, metronun “20 Yanvar” stansiyası yaxınlığında 1978-ci il təvəllüdlü Kamran Qəribov bıçaqlanıb. Məlumata görə, Kamran Qəribov bir qrup şəxslə mübahisə edib. Dava zamanı Kamran Qəribov bıçaqlanıb. Hazırda Qəribov xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
19-cu polis bölməsi əməkdaşları tərəfindən cinayəti törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirləri görülür. Faktla bağlı cinayət işi başlanıb.