Gəncə şəhərində bıçaqlanma baş verib.
Teleqraf.com xəbər verir ki, şəhərin Gülüstan qəsəbəsində 1990-cı il təvəllüdlü Zaur Məmmədov bıçaqlanıb.
O, bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Məlumata görə, Zaur Məmmədov şəxsi münasibətlər zəminində tanışı ilə mübahisə edib. Tanışların mübahisəsi sonda bıçaqlanma ilə nəticələnib.
Faktla bağlı cinayət işi başlanıb.