Kriminal aləmdə “Rəşad Gəncinski” kimi tanınan azərbaycanlı avtoritet Rəşad İsmayılov dünən Abxaziyanın Qadaute şəhərində güllələnib.
Teleqraf.com “Praym Kraym”a istinadla xəbər verir ki, Rəşad İsmayılovla yanaşı qanuni oğru Nika Dqebuadze də xəsarət alıb. Məlumata görə, Lotu Qulinin tapşırığı əsasında Abxaziyaya gələn avtoritetlər şəhər restoranlarından birində tapançadan açılan atəşlə yaralanıblar.
Xatırladaq ki, Rəşad Gəncinskinin adı Rövşən Lənkəranskinin ölümündə hallanır. O bu ilin əvvəlində Rövşən Caniyevin qətlinin sifarişçilərindən biri olduğunu açıqlamışdı.