Bakının Suraxanı rayonunda dələduzluq edən qadın həbs edilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Bakı şəhər sakini İsmayıl Rəhmanov Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinə müraciət edərək 2013-cü ilin may ayında, Könül adlı şəxsin onun etibarından sui istifadə edərək 7 min manat və 2 min ABŞ dollar alaraq qaytarmadığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Könül Həsənova tutulub.
Hacı Zeynalov