Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları paytaxtda xüsusi əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, əməliyyat tədbirləri ilə Yasamal rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tural İsparovdan “P.Beretta” tipli tapança, 7 patron və 1 patron darağı götürülüb.