6 Noyabr 2017 16:11
1 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirləndirilən Emin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Emin Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, “İG Academy” xaricdə təhsil şirkətinin rəhbəri olmuş Emin Quliyev vətəndaşlardan külli miqdarda pul alıb və onları xaricdə təhsil alması üçün gərəkli xidmətlər göstərəcəyini vəd edib.

Emin Quliyev 200 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

Cinayət işində 6 zərərçəkmiş var.

Emin Quliyev tanınmış riyaziyyatçı alim, Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin oğludur.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər