22 Noyabr 2017 14:05
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

AXCP sədrinin müavini Gözəl Bayramlı barəsində cinayət işi baxılması üçün Qazax rayon Məhkəməsinə göndərilib.

Bu barədə Teleqraf.com-a Gözəl Bayramlının vəkili Elçin Sadıqov bildirib.

O qeyd edib ki, cinayət işi araşdırılması üçün Qazax rayon Məhkəməsinin sədri Ağarza Səmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 30-na təyin edilib.

İttihama görə, Gözəl Bayramlı 25 may 2017-ci il tarixdə saat 22 radələrində Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd-nəzarət buraxılış məntəqəsində saxlanılıb.

Özünü şübhəli apardığına görə onun əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.

İlkin araşdırmalarla Gözəl Bayramlının 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib.

Gözəl Bayramlı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər