3 Dekabr 2017 13:26
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonunda mənzildən qızıl-zinət əşyaları və pul oğurlanması barədə Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edilib.

Teleqraf.com xəbər verir ki, rayon sakini Qorxmaz Şirinova məxsus mənzildən 4 min manat dəyərində qızıl-zinət əşyaları və 1500 ABŞ dollar oğurlanıb.

İmişli rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakinləri Cahid Quliyev və Bəhruz Musayev saxlanılıblar.

Aparılan araşdırmalar zamanı hər iki şəxs törətdikləri əməli etiraf ediblər. Ətraflarında aparılan tədbirlərlə onların oğurladıqları qızıl-zinət əşyalarının müəyyən qismini Bakıda satdıqları məlum olub.

Özlərində saxladıqları qızıl-zinət əşyaları isə maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər