Bakının Suraxanı rayonu ərazisindəki mağazalardan birində soyğunçuluq baş verib.
Teleqraf.com xəbər verir ki, naməlum şəxs satıcı, Bakı şəhər sakini Sevil Əbdülrəhmanovanın mobil telefonunu soyğunçuluq yolu ilə aparıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ramil Quliyev saxlanılıb.