1 Avqust 2014 14:42
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunun ərazisində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb. Kənd sakini İmran Nəzərov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən rayon sakini Oruc Abadovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş O.Abadov orada ölüb.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər