19 Dekabr 2017 18:36
1 374
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi Xidmətinə Nərimanov rayonu ərazisindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Nərimanov rayon Polis İdarəsi 18-ci polis bölməsinin əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər.

Araşdırmalarla ötən ilin sentyabrından cari il dekabr ayının 17-dək olan müddətdə mənzildən 11000 manat dəyərində qızıl-zinət və kosmetik əşyaların oğurlandığı müəyyən edilib.

Həmin evdə qulluqçu işləyən qadın şübhəli bilinərək saxlanılıb.

İstintaqda Bakı şəhər sakini Ofeliya Zurabova törətdiyi əməli etiraf edib. Onun oğurladığı qızıl-zinət əşyalarının bir hissəsini satdığı, bir hissəsini isə lombardlara verdiyi məlum olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər