Balakən rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Qazma kəndində 1976-cı il təvəllüdlü Vüqar Əhmədov 1953-cü il təvəllüdlü atası Loğman Əhmədovla ailə münaqişəsi zəminində mübahisə edib.
Loğman Əhmədov oğluna çoxsaylı bıçaq xəsarətləri yetirib. Yaralı Balakən rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Vaxtında tibbi yardım göstərildiyi üçün Vüqar Əhmədovun həyatını xilas etmək mümkün olub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Loğman Əhmədov saxlanılıb. İstintaq araşdırması zamanı onun əvvəllər məhkum olunduğu məlum olub.
Faktla bağlı Balakən rayon polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.