Biləcəri qəsəbəsində 2 naməlum şəxs Qax rayon sakini Feyzulla Əzizova hədə-qorxu gəlib və onun mobil telefonunu alıb.
Teleqraf.com xəbər verir ki, cinayəti törədənlər hadisə yerindən qaçıb.
Feyzulla Əzizov hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 6-cı bölməsinə şikayət edib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Murad Kərimov və Fərid Zeynalov saxlanılıblar.