27 Dekabr 2017 22:27
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı vətəndaşa qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran Regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, bir xanım soyğunçuluqla üzləməsi barədə polisə mütaciət edib.

O, şəhərin M.Ə.Rəsulzadə və Hacı Nəsir küçələrinin kəsişməsində əlindən “Samsung” markalı mobil telefonunu velosipedlə yanından keçən bir nəfərin alaraq uzaqlaşdığını bildirib.

Araşdırmalar zamanı həmin şəxsin Şiləvar kənd sakini, əvvəllər məhkum olunmuş Vüqar Sadıxov olduğu məlum olub və o, saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanııb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər