15 Mart 2018 09:45
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda kriminal aləmdə tanınmış avtirotet Baləhməd Baləhmədovu öldürməkdə təqsirli bilinən Elxan Ağayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Elxan Ağayevin cəzasının yüngülləşdirilməsi barədə verdiyi apelyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Ağayev 18 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, qətl ötən il martın 22-də Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. Qəsəbə sakini, 41 yaşlı Elxan Ağayev aralarında yaranmış mübahisə zəminində qohumu, 66 yaşlı Baləhməd Baləhmədovu bıçaqla qətlə yetirib.

Cinayəti törətmiş Elxan Ağayev Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, o, əvvəllər Cinayət Məcəlləsinin 234, 126 və 207-ci maddələri ilə məhkumluq həyatı yaşayıb.

Elxan Ağayev ifadəsində bildirib ki, hadisədən 1 ay əvvəl Baləhməd Baləhmədov onu bıçaqlayıb. O, qətli qisas məqsədilə törətdiyini etiraf edib.

Elxan Ağayev Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham edilib.

Dünyasını dəyişmiş Baləhməd Baləhmədov 30 ildən yuxarı məhkumluq həyatı yaşayıb və kriminal aləmdə nüfuzlu şəxslərdən olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər