16 Mart 2018 12:10
2 698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı kriminal avtoritet Lotu Quli ləqəbli Nadir Səlifov opponentlərinə qarşı fəal hücuma başlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Daxili İşlər Nazirliyindəki mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, ötən ilin payızında İstanbulda Quliyə qarşı təşkil edilən sui-qəsdlə bağlı maraqlı faktlar üzə çıxıb:

“Hadisə ilə əlaqədar həbs edilən azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin (Caniyev) qardaşı Namiq Caniyev və yaxın dostu Hacı Beyləqanskinin azadlığa çıxmasında birbaşa Qulinin əli var. O, bu hadisənin ona qarşı sui-qəsd olmadığını və həmin şəxslərə qarşı heç bir düşmənçiliyi olmadığını bildirib. Bununla Quli həmin şəxslərdə olan şübhəni aradan götürmüş olub. Ancaq onun planı başqa olub. Onları azadlığa buraxmaqla Quli həm Namiqdən, həm Hacıdan, həm də sui-qəsd hadisəsini maliyyələşdirən Rövşən Lənkəranskinin qohumu Zaurdan özü intiqam almağı planlaşdırıb. Qeyd etmək istəyirəm ki, Quli Lənkəranskinin qətlində ittiham olunur. Zaur hazırda Lənkəranskinin bütün işlərinin idarəsini üzərinə götürüb”.

Nazirliyin əməkdaşı bildirib ki, son vaxtlar Lotu Qulinin adaımları Kalujinskdə yerləşən böyük bazarın ətrafında tez-tez görünməyə başlayıblar:

“Burada Zaurun ofisi də yerləşir. O, bazarda bəzi maliyyə işlərinə nəzarət edir. Qanqsterlər Zaur üçün işləyən ticarətçiləri tutur və onlara Quliyə “haqq” ödəməli olduqlarını başa salırlar. Bundan başqa, onlara Qulinin Zaura salamını çatdırmağı tapşırırlar. Zaur sui-qəsddən qorxduğu üçün demək olar ki, küçədə görünmür. Onu evindən ofisə qədər təhlükəsizlik işçilərindən ibarət 6 maşın müşayiət edir”.

Məlumatlara görə, Səlifov digər opponenti Əli Heydərovu da unutmayıb:

“Albert Rıjıy ləqəbli Əli Heydərov Lotu Quli həbsdə olarkən “taclandırılıb”. Ancaq Quli onu “oğru” kimi tanımadığını elan edib və bildirib ki, Heydərov həbsxanada kriminal avtoritet kimi qarşılanmamalıdır. Quli azadlığa çıxdıqdan sonra bir qrup kriminal avtoritet Albert Rıjıyla bağlı ona müraciət edib və Heydərovun “oğru” statusunun tanınmasını istəyib. Ancaq Səlifov bununla razılaşmayıb və şəxsən Rıjıyın özünə bunun səbəbini açıqlaya biləcəyini deyib”.


Müəllif: Samir

Oxşar xəbərlər