18 Aprel 2018 17:22
2 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qətl törətməkdə təqsirləndirilən Vüqar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib.

Daha sonra çıxış üçün prokurora söz verilib. Prokuror məhkəmədən vaxt istəyib.

Hakim prokurora çıxışa hazırlaşmaq üçün vaxt verib.

Növbəti proses aprelin 24-də davam edəcək.

İttihama görə, ötən ilin oktyabrında Xətai rayonu ərazisində paytaxt sakini, 31 yaşlı Vüqar Həsənov Elşən Məmmədovla mübahisə edib. Mübahisəyə səbəb isə mərhumun Allaha və peyğəmbərə qarşı üsyanedici ifadələr işlətməsi olub.

Belə ki, Elşən Məmmədovun azyaşlı övladı xərçəng xəstəliyindən dünyasını dəyişib. Vüqar Həsənov da dostunun oğlunun yas mərasimi günü orada iştirak edib.

Elşən Məmmədov oğunun ölməsinə üzüldüyünü söyləyib, buna görə Allahı və peyğəmbəri günahkar bilib, həmçinin nalayiq ifadələr işlədib. Daha sonra Vüqar Həsənov dostuna etiraz edib. Onlar mübahisəni yas mərasimindən kənarda etməyə başlayıblar.

Mübahisə qanlı sonluqla nəticələnib. Onlar bir-birilərinə bıçaqla xəsarətlər yetiriblər. Nəticədə ağır xəsarət alan Vüqar Həsənov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun bıçaqladığı Elşən Məmmədov isə hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, onlar eyni məhəllədə yaşayıb və dost olublar. Hər ikisi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə əvvəllər məhkum ediliblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər