Nərimanov rayonunda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Cavid Sultanzadə və Arzuman Səfərlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslər və zərərçəkimşlər ifadə verib.
Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham edilib.
İttihama görə, təqsirləndirilən şəxslər Nərimanov rayonu ərazisində əxlaqsızlıq yuvası təşkil ediblər.
Onlar həmin məkanda qadınları kişi müştərilərlə görüşdürüb və gəlir əldə ediblər.
Bu cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.
Növbəti proses iyunun 11-də davam edəcək.