12 İyun 2018 13:39
1 693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda bıçaqlanma baş verdi.

Teleqraf.com xəbər verir ki, rayonun Keşlə qəsəbəsində 2003-cü il təvəllüdlü Həsən Aslanov 2000-cı il təvəllüdlü Musa Əzimovu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

Məlum olub ki, yeniyetmələr arasında mübahisə söyüş üstündə yaranıb.

Musa Əzimov Həsən Aslanovu “ana-bacı” söyüşü edib. Bundan əsəbləşən Həsən Aslanov isə bıçağa əl atıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər