28 İyun 2018 13:07
1 930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda qətl törətməkdə təqsirli bilinən Vüqar Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, Abşeron rayon Saray qəsəbəsində Vüqar Hüseynov xalasının əri Muğam Şükürovu öldürüb.

Istintaq araşdırması zamanı məlum olub ki, qətl hadisəsindən bir neçə gün əvvəl Vüqar Hüseynovun qızı və nəvəsi yol qəzasına düşərək ölüb.

Onların yas mərasimi başa çatandan sonra Vüqar Hüseynov xalasının əri Muğam Şakirovun yasda iştirak etməməsini ona irad bildirib.

Bu zaman Muğam Şakirov Vüqar Hüseynovun ölmüş qızı və nəvəsini təhqir edib.

Bundan qəzəblənən Vüqar Hüseynov xalasının ərini döyüb.

Aldığı zərbə nəticəsində özündən gedən Muğam Şakirov xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Vüqar Hüseynovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açılıb.

Növbəti proses iyulun 4-də davam edəcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər