20 İyul 2018 10:09
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə iyulun 19-da, saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.

Bakı şəhər sakinləri Şahbaz Dadaşovun idarə etdiyi “ZİL” və Vəli Cavadovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində Vəli Cavadovun 13 sərnişini xəstəxanaya yerləşdirilib.

Onlardan 12 nəfərinə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, 1 nəfərin vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov