Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində naməlum şəxs paytaxt sakini olan bir qadının qarşısını kəsib. O, qadını bıçaqla hədələyərək, 520 manatını alıb.
19-cu polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən İmişli rayon sakini Fuad Abbasov saxlanılıb.