28 Noyabr 2018 12:42
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda qətl törətməkdə təqsirli bilinən Emin Ramazanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Emin Ramazanov 11 il azadlıqdan məhrum edilib.

İstintaq orqanı tərəfindən Emin Ramazanov barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan olunub.

İttihama görə, bu il fevralın 18-də Sabunçu ərazisində 62 yaşlı qəsəbə sakini Tarıyel Həmzəyev kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilib və izahatında yıxılma nəticəsində xəsarət aldığını bildirib.

Martın 21-də Tarıyel Həmzəyev xəstəxanada ölüb.

12-ci polis bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla cari il fevral ayının 16-da Sabunçu qəsəbəsi ərazisində yerləşən kafedə Tarıyel Həmzəyevlə 27 yaşlı Emin Ramazanov arasında münaqişə baş verməsi və bu zaman sonuncunun onun baş nahiyəsinə butulka ilə xəsarət yetirməsi müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Emin Ramazanov saxlanılıb.

Məlum olub ki, onlar hadisədən əvvəl yeyib-içiblər. Daha sonra sərxoş olan şəxslər arasında mübahisə yaranıb.

Mübahisə qanlı olayla nəticələnib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər