15 Yanvar 2019 10:09
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış idmançı Fəridə Əzizovanın evindən oğurluq etməkdə təqsirli bilinən Nicat İsrafilov və Nərgiz Fərəcovanın barəsində olan apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Imir Bayramovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Qərara görə, təqsirləndirilən Nicat İsrafilovun apelyasiya şikayəti qismən dəyişdirilib. Onun cəzası 8 ilə endirilib.

Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nicat İsrafilov 10 il müddətinə azadlıqdan məhrum olunub.

Barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Nərgiz Fərəcovaya isə şərti cəza verilib.

İttihama görə, təqsirləndirilən şəxslər Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 35000 manat və 18800 dollar olan seyf oğurlayıb.

Fəridə Əzizova Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısıdır.

Nicat İsrafilov daha əvvəl məhkumluq həyatı yaşayıb.


Müəllif: Hacı Zeynalov