Bakının Yasamal rayonunda yaşayış evinə basqın olub.
Bu barədə Teleqraf.com-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Nuranə Əliquliyeva 26-cı polis bölməsinə ərizə ilə müraciət edərək avqustun 28-də, gecə saat 04 radələrində evinə pəncərədən oğurluq məqsədi ilə girmiş naməlum şəxsin evdəkiləri gördükdə mətbəxdəki bıçağı götürüb onları hədələməsini bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Mehman Qoçuyev tutulub.
Hacı Zeynalov