13 Mart 2019 14:10
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda silahlı şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şamxal Ağazadə yaşadığı binanın qarşısında saxlanılıb.

Onun üzərindən "Varnan" modelli revolver və 2 ədəd 46 kalibrli patron aşkar edilərək götürülüb.

İstintaq araşdırması zamanı məlum olub ki, Şamxal Ağazadə əvvəllər məhkum olunub.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov