Gəncə hadisələrindən sonra barəsində cinayət işi başlanan Teref.info saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Nurəddin İsmayılovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, ona 5 il 6 ay müddətinə şərti cəza verilib.
Nurəddin İsmayılovun barəsində Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ittiham elan edilib.
Nurəddin İsmayılov vəzifə səlahiyyərlərini aşıb, vəzifə vəzifə saxtakarlığı edib, saytında dövlət əleyhinə yönələn açıq çağırışlar edib.
Nurəddin İsmayılov Qarabağ müharibəsi veteranı, “Bozqurd” batalyonunun keçmiş komandiri olub.