Şəmkirdə mal-qara oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb.
Teleqraf.com-un məlumatına görə, maraqlısı budur ki, oğurluq edən doğma bacısının 2 baş iribuynuzlu heyvanına göz dikib.
"İsti izlər"lə saxlanılan şəxs törətdiyi cinayətə görə özünü qismən təqsirli bilib və peşmançılığını gizlətməyib. Hadisə aprelin 18-i səhər saatlarında Şəmkirin Könüllü kəndində baş verib. 2 baş heyvanının naməlum şəraitdə oğurlandığını görən kənd sakini polisə şikayətçi olub.
Görülən tədbirlər ilk cəhddəcə cinayətin üstünü açmağa yardım edib. Şübhəli şəxs kimi zərərçəkənin qardaşı Dəyanət Qurbanov saxlanılıb.
O, dindirilmə zamanı əməlini səmimi etiraf edib və heyvanları yaşadığı ünvana apardığını deyib.
Dəyanət Qurbanov istintaqı aparan baş müstəntiq Mehrab Məmmədova verdiyi ifadəsində heyvanları oğurladığını gizlətməyib.
Quldurluq cinayəti törətdiyi üçün əvvəllər məhkumluq həyatı yaşamış Dəyanət Qurbanovun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır.