Bakının Nizami rayonunda quldurluq cinayəti baş verib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə aprelin 29-da Qara Qarayev prospektində qeydə alınıb. Həmin ünvanda naməlum şəxs Bakı şəhər sakini Hüseyn Bağırova boğaz nahiyəsindən şüşə parçası ilə xəsarət yetirib və mobil telefonunu əlindən alaraq qaçıb.
Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi və Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Səxavət Şəfiyev tutulub.
Hacı Zeynalov