11 İyun 2019 16:30
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qısqanclıq zəminində arvadını öldürməkdə təqsirli bilinən Yardımlı rayon sakini, 1961-ci il təvəllüdlü Müsəddiq Əliyevin cinayətin işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyunun 12-nə təyin edilib.

Qeyd edək ki, ötən ilin oktyabrın 31-də İslam Həsənovun barəsində həbs qətimkan tədbiri seçilmişdi.

İttihama görə, ötən il oktyabrın 30-da Qaradağ rayonu Lökbatan qəsəbəsində Müsəddiq Əliyev qısqanclıq zəminində arvadı, 1974-cü il təvəllüdlü Ofeliya İmanovanı iplə boğaraq öldürüb.

Cinayəti törədən Müsəddiq Əliyev hadisədən sonra polisə gələrək təslim olub. O, ifadəsində arvadını xəyanət üstündə qətlə yetirdiyini etiraf edib.

İstintaq orqanı tərəfindən Müsəddiq Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər