11 İyun 2019 18:15
1 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxıda qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Sahib Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Sahib Zeynalov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Şamaxı rayonunun Dağ-Bağırlı kəndində Sahib Zeynalov kütləvi dava zamanı həmkəndlisi və qohumu olan Həbib Qafarova küt alətlə ağır xəsarətlər yetirib.

Davada 10 nəfərdən artıq şəxs iştirak edib.

Kütləvi davanın səbəbi isə illər əvvəl baş verən qətl hadisəsi olub.

Həbib Qafarovun qardaşı 2008-ci ildə məclislərin birində mübahisə zəminində Sahib Zeynalovun qardaşını qətlə yetirib.

Bu hadisədən sonra ailələr arasında düşmənçilik münasibəti yaranıb.

Qafarovlar ailəsi kəndi tərk etmək məcburiyyətində qalıb və 10 il sonra kəndə qayıdıb.

Zeynalovlar Qafarovların həyətinə gələrək, onlardan kəndi tərk etmələrini istəyib, istədikləri cavabı almadıqda mübahisə və kütləvi dava başlayıb.

Dava zamanı Həbib Qafarov və oğlu döyülüb. Həbib Qafarov isə ciddi xəsarət alıb.

Kütləvi davanın digər iştirakçılarının işi isə ayrıca icraata götürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər