10 İyul 2019 23:44
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda gənc oğlan küçədə bıçaqlanıb.

Teleqraf.com-un məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Xocasən qəsəbəsində baş verib. Qəsəbənin F.Ağazadə küçəsi ev 3-də yaşayan, 1995-ci il təvəllüdlü Məmişov Mikayıl Qənbər oğlu gecə saatlarında qəsəbədəki "Neto" marketin qarşısında naməlum şəxslə qarşılaşıb. Həmin şəxs M.Məmişovu döş qəfəsindən bıçaqlayaraq hadisə yerindən qaçıb.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə çatdırılıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.


Müəllif: Teleqraf.com