17 İyul 2019 15:29
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda quldurluq etməkdə təqsirləndirilən Ələddin Muradov, Orxan Məmmədov və Şamxal Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Ələddin Muradov 13 il 6 ay, Orxan Məmmədov 13 il, Şamxal Həsənov isə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu ilin martında Binəqədi rayonunda dəstə üzvləri Dilarə Əhmədovanın evinə basqın edərək ona fiziki güc tətbiq etməklə bədən xəsarətləri yetiriblər. Onlar mənzildən, əsasən, qızıl-zinət əşyaları olmaqla, ümumilikdə, 11 min 376 manatlıq oğurluq ediblər.


Müəllif: Hacı Zeynalov