19 İyul 2019 12:29
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Təvəkkül Qasımovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, Şəki Rayon Məhkəməsində hakim Ceyhun Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 29-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin aprelin 10-da Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində baş verib.

Şəki rayonunda məskunlaşmış Laçın rayon sakini Təvəkkül Qasımov idarə etdiyi “VAZ-2170" markalı avtomobillə şəhər sakini Oqtay Abdurəhimovu vurub.

Nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Təvəkkül Qasımovun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər