Rusiyanın Sankt-Peterburq şəhərində 59 yaşlı Ayaz adlı azərbaycanlı ilə polislər arasında baş verən insidentin görüntüləri yayılıb.
Teleqraf.com xəbər verir ki, görüntülərdə əlində bıçaq olan Ayazın yanacaqdoldurma məntəqəsində yerləşən mağazada polislərə müqavimət göstərməsi əks olunub.
Bir müddət polislərdən yaxa qurtarmağa çalışan azərbaycanlı mülki geyimli hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.
Ayaz "Denis Osipov" studiyasında çalışan stilistə hücum etməkdə şübhəli bilinir. Polislərə xəsarət yetirərək mağazada gizlənmənməyə çalışan Ayazın cəhdləri uğursuz olub.