Bakının Nərimanov rayonunda oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini T.İsmayılovun avtomobilindən 500 manat pul və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Naftalan rayon sakini B.Məmmədov saxlanılıb.
Daha 1 nəfərin şəxsiyyəti isə müəyyən edilib.