10 Oktyabr 2019 13:45
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Nəsrulla Abbasova hökm oxunub.

Teleqraf.com xəbər verir ki, vəkili Anar Qasımlının yaydığı məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nəsrulla Abbasovun əməli sübuta yetirilməyib.

Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Nəsrulla Abbasov İrandan Azərbaycana 500 kilo 635 qram narkotik vasitə keçirmək istəyən zaman yaxalanıb. O, gətirdiyi nakotik vasitəni Polşaya göndərməli imiş.

İstintaq orqanı tərəfindən Nəsrulla Abbasovun barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov