Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, idarə əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakinləri M.Məmmədov və əvvəllər soyğunçuluğa görə məhkum olunmuş R.Şükürov Nəsimi rayonu ərazisində saxlanılıblar.
Şəxsi axtraış zamanı R.Şükürovdan 52 qrama yaxın tiryək, M.Məmmədovdan isə 47 qramdan artıq heroin, 96 qramdan artıq metamfetamin, 52 qramdan artıq tiryək və 19 qramdan artıq marixuana aşkar edilərək götürülüb.